x
Loading...

Ötən ildə dünya ticarətinin artım tempi son 8 ilin minimal səviyyəsində olub

Ötən ildə dünya ticarətinin artım tempi son 8 ilin minimal səviyyəsində olub
19:52 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Qlobal ticarətin artım tempi 2016-cı ildə yavaşlayaraq son 8 ilin minimal səviyyəsinə enib. 
"Report" xəbər verir ki, Dünya Bankının hesabatına görə, yavaşlama ardıcıl 5 ildir davam edir. İlkin qiymətləndirməyə görə, 2016-ci ildə qlobal ticarətin həcmi 1%-i bir qədər üstələyib. Qeyd edək ki, 2015-ci ildə bu göstərici 2%, 2014-cü ildə 2,7% olub.
Bankın hesabatında qlobal ticarətin yavaşlamasına səbəb kimi iqtisadi perspektivlərin artan qeyri-müəyyənliyi göstərilib. Dünya Bankının iqtisadçıları Kristina Konstantineskunun, Aaditya Mattunun və Mişel Rutayın fikrincə, Avropada və ABŞ-da siyasi qeyri-sabitlik dünya iqtisadiyyatına mənfi təsir göstərib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/oten-ilde-dunya-ticaretinin-artim-tempi-son-8-ilin-minimal-seviyyesinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR