Donald Trampın baş müşavirnin saytının redaktoru pedofiliyanı müdafə etdiyi üçün istefa verib

Donald Trampın baş müşavirnin saytının redaktoru pedofiliyanı müdafə etdiyi üçün istefa verib
20:07 22 Fevral 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın baş müşaviri Steve Bennonun “Breitbart News” xəbər saytının redaktoru Milo Yiannopoulos pedofiliyanı müdafiə edən görüntüləri ortaya çıxdıqdan sonra istefa verib.
“Report” “kanal A haber”ə istinadən xəbər verir ki, Yiannopoulos katolik rahibin 13 yaşlı bir uşaqla cinsi əlaqəyə girməsini müdafiə edib.
O, məsələ ilə bağlı sosial şəbəkədə yazdığı statusun iş yoldaşları ilə heç bir əlaqəsinin olmadığını bildirib: “Bu gün istefa verirəm. Bu qərarı özüm vermişəm”.
Xəbərə görə, o, “Facebook” səhifəsində zarafatın qurbanı olduğunun yazıb. O, cinsi azlıqların nümayəndəsidir.
Qeyd edək ki, Kevin Stiven Bennon seçki meneceri, iş adamı, təqaüddə olan zabit və mediya meneceridir. O, Donald Trampın baş strateqi və baş müşaviridir. O, ifrat sağçı “Breitbart News”un sahibidir. O, Donald Trampın prezidenti seçkisi kampaniyasına qatılmaq üçün saytdan ayrılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/trampin-bas-musavirnin-saytinin-redaktoru-pedofiliyani-mudafe-etdiyi-ucun-istefa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR