Yüksələn temperatur və əriyən buzlaqlar...

Yüksələn temperatur və əriyən buzlaqlar...
21:27 22 Fevral 2017
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya Universitetinin alimlərinin araşdırmalarına görə, Kanadanın Arktik buzlaqlarında ərimə son on ildə 9 dəfə artıb. Bu, dənizdə suyun səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2005-ci ildən 2015-ci ilə qədər Kraliça Elizabet adalarında əriyən səth buzlarında 3 geqatondan 30 geqatona qədər artım müşahidə olunub. Əslində 2005-ci ilə qədər buzların əriməsi iki əsas amilin təsirindən qaynaqlanırdı. Əsas səbəb kimi buzlaq cəbhələrindəki aysberqlərin okeanlarda parçalanması üstünlük təşkil edirdi. İkinci amil isə havanın təsirinə məruz qalaraq buzlaqların səthinin əriməsi idi. Lakin getdikcə yüksələn atmosfer temperaturu səthi ərimənin 90 faizini təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR