Zabratdakı subasmalarla bağlı RƏSMİ AÇIQLAMA

Zabratdakı subasmalarla bağlı RƏSMİ AÇIQLAMA
23:08 22 Fevral 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda Zabrat gölünün səviyyəsinin qalxması ilə əlaqədar Zabrat-Kürdəxanı istiqamətində magistral avtomobil yolunun üzərindən suyun axması bəzən intensivləşir.

Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, Zabrat gölü əsasən atmosfer yağıntılarının, bir qədər isə qrunt sularının hesabına qidalanır. Lakin əvvələr qrunt sularının səviyyəsi aşağı olduğundan o, gölün qidalanmasına o qədər də təsir etmirdi.

R.Həsənov əlavə edib ki, son illər göl ətrafında insanların daha çox məskunlaşması, yeni evlərin tikilməsi, ərazidə mərkəzləşdirilmiş kanalizasiya-drenaj şəbəkəsinin olmaması səbəbindən qrunt sularının səviyyəsi qalxıb. Bu isə öz növbəsində gölün səviyyəsinin qalxmasına öz təsirini göstərir:

"Böyük ehtimalla əhali tərəfindən axıdılan tullantı sularının hesabına gölün səviyyəsi qalxıb. Biz gölün qalxma səviyyəsini müəyyənləşdirə bilmirik. Ancaq onun fəsadları görünür. Həmin göldən yaxınlıqdan keçən Zabrat-Kürdəxanı yolunun üzərindən artıq 2-3 aydır ki, su axır. Bu proses bəzi hallarda bir qədər intensiv olur. Zabrat gölü ətrafında yaşayış evləri və ətraf ərazilərdə subasma hadisələri qeydə alınıb".

R.Həsənov qeyd edib ki, Sabuncu rayonunun Savalan qəsəbəsində, daş karxanası adlanan ərazisində, Maştağa qəsəbəsində, Kürdəxanıdakı subasma sahələrində aktivlik davam edir. (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/188927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR