Mərakeşin eyni adlı şəhərində yaşayış evi qismən uçub.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü xəsarət alıb.
Məlumata əsasən, bir ailənin üzvləri olan qadın hadisə yerində, daha iki uşaq isə xəstəxanada ölüb.
Xəsarət alanların vəziyyəti və insidentin səbəbləri barədə məlumat verilmir. (apa)