Sarkisyan erməni əsgərlərini siqaretsiz qoymaq istəyir

Ermənistanda əsgərlərə siqaret və kibrit verməyəcəklər. Müvafiq dəyişikliklərin sülh zamanı ərzaq təminatı standartlarına tətbiqinə dair qərara sabah-fevralın 23-də hökumətin iclasında baxılacaq.

Novosti Armeniya xəbər verir ki, layihəni müdafiə naziri Vigen Sarkisyan təqdim edəcək.

Layihə Ermənistanın 2004-cü ildə qəbul etdiyi siqaret çəkməklə mübarizə konvensiyası, eləcə də siqaret çəkməklə mübarizə dövlət proqramı çərçivəsində Dünya Səhiyyə Təşkilatının tələblərinə müvafiq olaraq təqdim edilir. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR