Neft kəməri tikintisinə etiraz edənlər həbs edildi - ABŞ-da

Neft kəməri tikintisinə etiraz edənlər həbs edildi - ABŞ-da
04:34 23 Fevral 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Şimali Dakota ştatında neft kəməri tikintisinə etiraz edən 9 nəfər həbs edilib.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Şimali Dakota ştatının qubernatoru fevralın 22-də etirazçıların ərazidə saldığı düşərgənin bağlanacağını bəyan edib.

 

Buna baxmayaraq bəzi etirazçlılar düşərgəni tərk etməyəcəklərini deyiblər. Düşərgədə 300-dək etirazçının olduğu bildirilir.

 

Yerli hindu tayfaları və ekoloji təşkilatların nümayəndələri bir neçə aydır ki, “Dakota Access” neft kəmərinin çəkilməsinə etiraz edir. Etirazçılar neft kəmərinin yerli siu qəbiləsinin dini ayinlərinə və ştatın su təchizatına təhlükə törətdiyini iddia edirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR