x
Loading...

Bu ölkə dünyanın ən güclü superkompüterini hazırlayır

Bu ölkə dünyanın ən güclü superkompüterini hazırlayır
07:52 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Çinli mütəxəssisləri 2018-ci ilədək çox güclü kompüter yaratmağı planlaşdırırlar. Bu kompüterin məhsuldarlığı 1 ekzaflops (saniyədə kvintilyon əməliyyat) təşkil edəcək. Bu haqda Tyanszin şəhərinin Dövlət Superkompüterlər Mərkəzinə istinadən "China Daily" qəzeti yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, layihənin kuratoru Men Syanfeyin sözlərinə görə "Tianhe-3" dünyanın ən güclü superkompüteri olacaq. "Tianhe-3" 2016-cı ilin noyabrında dərc edilmiş "TOP500" versiyasına görə hazırda ən güclü kompüter hesab olunan "Sunway TaihuLight"i 10 dəfə üstələyəcək.

"Çin cari ildə bu istiqamətdə (həm prosessor, həm də digər texnologiyalar) inqilab etməyə hazırlaşır. Nəticədə ekzaflops məhsuldarlığa malik çox güclü hesablama kompüterinin prototipi yaradılacaq. Biz faktiki olaraq  kompüterlərin məhsuldarlığı istiqamətində yeni pillə ilə üz-üzəyik. Bu, Çinə bir sıra mürəkkəb elmi problemləri daha sürətli, daha dəqiq həll etməyə imkan verəcək" - alim deyib.

Bu kompüter zülalların strukturunun və yerləşmə ardıcıllığının təhlili zamanı gen mühəndisliyində istifadə etmək planlaşdırılır. "Təxmin edilir ki, bu kompüter sayəsində tibb sahəsində yeni kəşflər ediləcək" - Men Syanfey qeyd edib.

Sözügedən superkompüter milli texnologiyalar əsasında yaradılır və 2020-ci ilədək hazır olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR