x
Loading...

Qatıq suyunun faydaları

Qatıq suyunun faydaları
08:17 23 Fevral 2017
416 Ölkə
Ölkə mətbuatı
A- A+

Qatığın və suyunun tərkibində olan kalsium, zülal və B vitaminləri aclıq hissini ortadan qaldıraraq, yağ yandırır. Hüceyrə yenilənməsində də əhəmiyyətli rol oynayır. Ara paylarda xiyar, nanə, bir neçə qaşıq qatıq və qatıq suyu ilə edilən qəlyanaltı, sağlam şəkildə kilo verilməsinə vasitəçi ola bilir.

Milli.A saqlamheyat.az-a istinadən bildirir ki,sağlam kilo verməklə eyni zamanda  bədənin formasının qoruna bilməsi üçün həzm sisteminin vəziyyəti çox əhəmiyyətlidir. Xüsusilə qəbul  edilən qidaların həzm edilməsi və xaric olunması çox əhəmiyyətlidir. Müəyyən qidaların səbəb olduğu qəbizlik problemi ilə yağlar bədəndə yığılır.  Qatıq suyu tərkibindəki  faydalı bakteriyalar ilə bağırsaq florası bərpa edərək, qəbizlik problemini aradan qaldırır.
  Qatıq suyu toxluq hissi ilə arıqlama proqramınızda yaxşı bir variantdır. Şəkər xəstəsi və  ya  insilin müqaviməti olan fərdlər üçün qatıq suyu, təbii dərman funksiyasını yerinə yetirir. Qan şəkərini tarazlıqda tutaraq, fərdin müqavimətinin artırılmasında olduqca faydalıdır.
 Bundan başqa toxluq hissi ilə birgə fərdin tox və dinc hiss etməsinə səbəb olur. Qatıq suyuna nanə, kəklikotu və pul bibər kimi  ədviyyatlar əlavə edərək, ara paylarda özünüzə həm ləzzətli, həm də faydalı bir müalicə  edə bilərsiniz.
Dəri ləkələrinin yaratdığı  qayğıdan da qatıq suyu ilə xilas ola bilərsiniz. Səhər və axşam olmaqla gündə iki dəfə ləkəli bölgəyə qatıq suyunu sürtərək dərinizin gözəlləşdiyini görə bilərsiniz.
 Qatıq suyu saç, diş və sümüklərin güclənməsinə kömək edir.
 Tərkibindəki vitamin və mineralllar sayəsində orqanizmdə bir çox orqanların fəaliyyətini yaxşılaşdırır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR