x
Loading...

Rakka və Əl-Babda 300 dinc sakin həlak olub

Rakka və Əl-Babda 300 dinc sakin həlak olub
08:38 23 Fevral 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Son həftələr ərzində Suriyanın Rakka və Əl-Bab şəhərlərində hərbi toqquşmalar, hava zərbələri və terror aktları nəticəsində 300-ə yaxın dinc sakin həlak olub.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven Obrayen bəyan edib.

Onun sözlərinə görə, Rakka və Əl-Bab şəhərlərində dinc əhali arasında itkilərlə yanaşı mülki infrastrukturun dağılması, insanların öz evlərindən didərgin düşməsi faktları müşayiət edilir.

“Dinc sakinlər hərbi toqquşmalar, hava zərbələri və terror aktları nəticəsində həyatlarını itirir, İŞİD silahlıları tərəfindən qətlə yetirilirlər. Hərbi əməliyyatların bilavasitə şəhər ərazilərinə keçməsi mülki əhali arasında ölüm halları ilə bağlı riski artırır”, deyə S.Obrayen qeyd edib.

Onun sözlərinə görə, İŞİD-in nəzarəti altında olan yaşayış məntəqələri azad edilərkən orada yüz minlərlə dinc sakinin yaşadığı nəzərə alınmalıdır. Qeyd edək ki, Stiven Obrayen bu gün BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR