x
Loading...

Türkiyə Naxçıvanı rüsumdan azad edir

Türkiyə Naxçıvanı rüsumdan azad edir
09:17 23 Fevral 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların idxalçılarını gömrük rüsumlarının ödənişindən azad etməyə hazırdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik mətbuata açıqlamasında deyib ki, Türkiyənin şərq vilayətlərinin tələbatını ödəmək üçün sərhədyanı ticarət çərçivəsində qonşu ölkələrdən bir sıra ərzaq məhsulları idxal oluna bilər. Türkiyənin Nazirlər Kabinetinin ötən il "Sərhədyanı ticarətin nizamlanması haqqında" qərar qəbul etdiyini xatırladan Faruk Çelik qeyd edib ki, bu qərara əsasən, Naxçıvandan ölkənin sərhədyanı vilayətlərinə idxal müəyyən edilmiş limit çərçivəsində həyata keçiriləcək: "Bu qərarla əlaqədar olaraq, Naxçıvandan idxal olunan mallar gömrük rüsumlarından azad olunacaq. Naxçıvan Türkiyə ilə Azərbaycan arasında "birləşdirici halqa"dır. Naxçıvan coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR