Bu gün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Daşağıl gölünün daşması nəticəsində həyətyanı sahələrə dolmuş suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.
Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, əməliyyat nəticəsində həyətyanı sahələrdə suyun səviyyəsi 15-20 sm endirilib.
Hazırda suyun çəkilməsi işləri davam etdirilir.