x
Loading...

ABŞ-da müsəlmanlar yəhudi qəbiristanlığının bərpası üçün 90 min dollar toplayıb

ABŞ-da müsəlmanlar yəhudi qəbiristanlığının bərpası üçün 90 min dollar toplayıb
10:02 23 Fevral 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-da müsəlman fəallar Missuridə vandallar tərəfindən dağıdılan yəhudi qəbiristanlığının bərpası üçün 90 min dollardan çox vəsait toplayıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu məbləğ fəalların əvvəlcədən məqsəd kimi müəyyənləşdirdiyi həddən 4 dəfə çox olub. Ümumilikdə 3 mindən çox insan kampaniyaya qoşulub.
Qeyd edək ki, bu kampaniyanı iki müsəlman fəal - Linda Sarsur və Tariq Əl-Messidi başladıb. Onlar ABŞ-da yaşayan müsəlmanları yəhudilərlə həmrəylik göstərməyə çağırıb.
L.Sarsur və T.Əl-Messidi ianə toplamaq aksiyasını martın 20-dək davam etdirmək, sonra isə vəsaiti qəbiristanlığın bərpasına sərf etməyi planlaşdırır. Fəallar bərpa işlərindən sonra əlavə vəsait qalacağı təqdirdə onu vandalizmdən ziyan görmüş digər yəhudi mərkəzlərinə göndərəcəklərinə söz veriblər.
Xatırladaq ki, fevralın 20-də axşam saatlarında Sent-Luis şəhəri ətrafında yerləşən qəbiristanlığı hücuma məruz qalıb və vandallar 170-dən çox məzara ziyan vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-muselmanlar-yehudi-qebiristanliginin-berpasi-ucun-90-min-dollar-toplayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR