x
Loading...

Yerin və Günəş sisteminin əkizləri TAPILDI - FOTO

Yerin və Günəş sisteminin əkizləri TAPILDI - FOTO
10:05 23 Fevral 2017
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) dünən keçirdiyi mətbuat konfransında sensasion açıqlama ilə çıxış edib. Amerikalı astronomlar Günəş sistemindən kənarda, "Trappist-1" ulduzunun ətrafında 7 ekzoplanetin dövrə vurduğunu bəyan ediblər.

Milli.Az CBS-ə istinadən bildirir ki, bu, unikal haldır. Alimlər ilk dəfədir ki, Günəş sistemindən kənarda ulduz ətrafında fırlanan bu qədər planet aşkarlayıblar.

Astronomların araşdırdıqları ulduz qırmızı cırtdanlar sinfinə daxildir. Belə ulduzlar kiçik və soyuq obyektlərdir.

Tarixdə ilk dəfədir ki, ölçüləri Yerlə müqayisə ediləcək 7 planet aşkarlanıb. Həmin planetlərdən üçündə suyun olduğu istisna deyil. Bundan başqa, həmin planetlərdə yaşam da mümkündür.

Sözügedən ekzoplanetlərdən biri Yerə bənzəməklə yanaşı, planetimizlə təxminən bənzər temperatura malikdir.

Başqa planetlərdə həyat axtarışı alimlər üçün praktiki olaraq mümkünsüz məsələdir, çünki hər hansı səma cisminin yaşama yararlı olub-olmadığını sadəcə, törəmə təzahürlər vasitəsilə müəyyənləşdirmək olar.

Məsələn, atmosferin analizi orada oksigen, metan və suyun olub-olmadığını göstərir. Lakin bu əlamətlər də planetin yaşama yararlı olduğunu təmin etmir.

Buna rəğmən, "Trappist-1" ulduzunun ətrafında ekzoplanetlərin aşkarlanması elmdə sensasiya sayılır.

"Kiçik planetlərdə təkamülün öyrənilməsi üçün bu sistem ən yaxşı laboratoriya sayıla bilər", - tədqiqat iştirakçılarından biri, Kolorado Universitetinin astronomu Zaxari Berta-Tompson deyib.

Amerikalı alimlər bu planetlərin atmosferinin və kütləsini öyrənilməsinə başlayıblar. Dəqiq nəticələr əldə etmək üçün NASA Çilidəki Atakama səhrasında 4 əlavə teleskop inşa edəcək.

Alimlər hesab elirlər ki, "Trappist-1" ulduzunun ətrafındakı ekzoplanetlər hətta fantastların ağlına belə gəlməyən aləmləri aşkarlaya bilər. Önəmli sonuclar 5 il sonra əldə ediləcək.

NASA-nın elmi missiyalar departamentinin baş direktorunun müavini Tomas Surbyuhenin sözlərinə görə, Günəş sistemindən kənarda ikinci Yerin tapılması artıq zaman məsələsidir.

NASA-nın Vaşinqtondakı mənzil-qərargahında keçirilmiş mətbuat konfransının iştirakçısı, Fransanın Lyej Universitetinin professoru Mişel Giyonun sözlərinə görə, yeni ekzoplanetlər "Trappist-1" ulduzuna çox yaxın yerləşir və Yupiterin təbii peyklərini xatırladır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR