Beynəlxalq Kosmos Gəmisində (İSS) 6 ay işləyən alman
kosmonavt Alexandr Qerts kosmosda tək olmadığımızı açıqlayıb.
Publika.az xəbər verir ki, Qerts 2018-ci ildə yenidən
İSS-də uçacaq.
O, Marsın həyatın sirrini açmağa kömək edəcəyini düşünür.
“Mən kosmosda tək olmadığımızı təsəvvür edə bilirəm. Mars bizə
özümüz haqqında bir çox gizli məlumatı açmağımıza kömək edə bilər”,
- deyə o bildirib.
Kosmonavtın fikrincə, Marsda həyat var.
“Biz bunu aşkarlamalıyıq. Əgər bizim həyatımıza bənzəyirsə, deməli
köklərimiz eynidir. Əgər bunun əksinədirsə, o zaman yeni həyatın
olduğu dəqiqləşir”, - deyə o bildirib.
Qeyd edək ki, Qerts 2014-cü ildə İSS-də 6 ay uçub.
Asif