Cağatay Ulusoy özündə yaşca böyük Sarışınla eşq yaşayır - FOTOLAR

Cağatay Ulusoy özündə yaşca böyük Sarışınla eşq yaşayır - FOTOLAR
10:48 23 Fevral 2017
180 Şou
Ölkə mətbuatı
A- A+

Uzun zamandır şəxsi həyatında heç kim olmayan Cağatay Ulusoy nəhayət ki, tənhalığına əlvida deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ulusoyun Duyğu Sarışınla sevgili olduğu iddia edilir. Bu yaxınlarda Cağatay Ulusoyun baş rolda olduğu "İçəridə" serialında rol alan gənc aktrisa həmkarı ilə eşq yaşayır.

Xatırladaq ki, Duyğu Sarışın əvvəllər "Qaçaq Gəlinlər", "Günəşi Gözləyərkən" və "Rəngarəng" seriallarında rol alıb. "İçerde" serialında isə Duyğu polis məmuru olan Sema obrazını canlandırır.

Məlumat üçün bildirək ki, Cağatay Ulusoyun 26, Duyğu Sarışının isə 29 yaşı var.

Aytən










Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/188964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR