Moskva ətrafındakı rayonlardan birində mənzildə partlayış olub, iki nəfər xəsarət alıb

Moskva ətrafındakı rayonlardan birində mənzildə partlayış olub, iki nəfər xəsarət alıb
11:17 23 Fevral 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Moskva ətrafındakı Domodedovo rayonunda mənzildə qaz sızması nəticəsində partlayış olub.  
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə 2 nəfər xəsarət alıb.
İnformasiyaya əsasən, hadisə binanın ikinci mərtəbəsindəki mənzildə baş verib. Binanın partlayış baş verən hissəsindən 5-i uşaq olmaqla 25 sakin təxliyə edilib.
Partlayış nəticəsində əmələ gələn yanğın söndürülüb. İlkin məlumata əsasən, binaya ziyan dəyməyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/moskva-etrafindaki-rayonlardan-birinde-menzilde-partlayis-olub-iki-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR