x
Loading...

Azərbaycanda ​dollar yenidən bahalaşacaq - AÇIQLAMA

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracağı barədə məlumat yayıb. Bu barədə təşkilatın iki gün davam edən iclasının yekunlarına aid qərarda deyilir.

İqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib ki, FED-in uçot dərəcəsini artırması neft ölkələri, xüsusən də Azərbaycan üçün əlverişli deyil:

“Avropa Birliyi (AB) dolların ucuzlaşmasında maraqlıdır. AB dolları ucuzlaşdırmaqla Amerika Birləşmiş Ştatlarına (ABŞ) ixrac qabiliyyətini artırmağa çalışır. Eyni zamanda, FED uçot dərəcəsinin artırılması və dolların bahalaşmasında, yaxud da mövcud məzənnəsinin qorunub saxlanılmasında maraqlı olduğunu nümayiş etdirir. Belə deyək, AB dolların ucuzlaşmasında, FED isə ucuzlaşmamasında maraqlıdır. FED müstəqil bir sistemdir, ABŞ-ın Mərkəzi Bankının funksiyalarını yerinə yetirir. Reallıq isə ondan ibarətdir ki, AB FED-in qərarlarına təsir göstərə bilmir. FED öz açıqlamalarını reallaşdırarsa, uçot dərəcələrinin 2017-ci ildə artırılması mümkündür. Uçot dərəcələrinin artırlması dünya bazarında dolların yenidən möhkəmlənməsinə gətirib çıxaracaq.

FED-in uçot dərəcələrini artırması bütün hallarda neft ölkələri üçün əlverişli hesab olunmur. Çünki FED-in uçot dərəcələrinin artırılması bir tərəfdən də neftin dünya bazarındakı qiymətinə təsir göstərir. Neftin dünya bazarındakı qiymətində yığımlar valyuta bazarına yönəldiyi üçün, bu, neftin qiymətində müəyyən azalmalarla müşahidə edilə bilər. Digər tərəfdən, dollar getdikcə möhkəmlənir. Neft ölkələrinin gəlirlərinə, həm də milli valyutalarına təziq artır.

Uçot dərəcələri artarsa, sözsüz ki, bu, Azərbaycan manatına psixoloji təziqi artıracaq. Psixoloji təsir dollara tələbi artıracaq”.

Qeyd edək ki, FED axrıncı dəfə uçot dərəcəsini ötən il dekabrın 14-ü 0,5-0,75 % artırıb. Təşkilatın növbəti görüşü martın 14-15 keçiriləcək.

Xəyalə Məmmədova /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR