Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda əvvələr məhkum olunan şəxsdən silah-sursat aşkarlanıb.
"Report"un xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini əvvəllər məhkum olunan Rizvan Fərzəliyevdən nömrəsi silinmiş avtomat silahı, 27 ədəd patron və 12 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.