x
Loading...

Əfsanəvi basketbolçu federasiya prezidenti seçilib

Əfsanəvi basketbolçu federasiya prezidenti seçilib
12:42 23 Fevral 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Yao Min Çin Basketbol Federasiyasının prezidenti seçilib. "Report"un TSN-ə istinadən verdiyi məlumata görə, 37 yaşlı əfsanəvi basketbolçu bu vəzifəyə yekdilliklə layiq görülüb.
Bildirilir ki, Yao Minin federasiyaya rəhbər seçiməsi islahatlar proqramının bir hissəsidir. Əvvəllər bu postu yalnız hökumət məmurları tutub.
Qeyd edək ki, 2,29 m boya malik sabiq basketbolçu 10 dəfə "NBA ulduzları" oyunlarında iştirak edib. Karyerasını 2011-ci ildə başa vuran Yao Min "Hyuston"un heyətində 486 oyun keçirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/efsanevi-basketbolcu-federasiya-prezidenti-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR