Ermənistan Müdafiə Nazirliyinin binasına hücum olub

Ermənistan Müdafiə Nazirliyinin binasına hücum olub
12:44 23 Fevral 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

İrəvanda sərxoş vəziyyətdə olan şəxs Ermənistan Müdafiə Nazirliyinə hücum edərək, avtomobilini nazirliyin inzibati binasının darvazasına çırpıb.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib.

 

Növbətçi zabit hadisəni törədən A.Yepremyanın avtomobilinə 8 dəfə atəş açıb. Sərxoş sürücü xəsarət almayıb.

 

A. Yepremyan saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR