Bu il Ukraynada "SOCAR" brendi ilə 6-8 YDM-in açılması planlaşdırılır

Bu il Ukraynada "SOCAR" brendi ilə 6-8 YDM-in açılması planlaşdırılır
13:12 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Bu il Ukraynada “SOCAR” brendi ilə yeni 6-8 yanacaqdoldurma məntəqəsinin (YDM) açılması planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə "Delo” saytına Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə qurumu olan "SOCAR Ukraine" şirkətinin pərakəndə satış üzrə direktoru İqor Orlov məlumat verib.
Şirkət nümayəndəsi xatırladıb ki, yanvarın sonunda Kiyevdə Protasov Yar küçəsində bir yanacaqdoldurma kompleksi açılıb.
O, şirkətin Ukraynanın şəhərlərində yanacaqdoldurma məntəqələrinin sayını 150-ə çatdırmaq planının qüvvədə qaldığını və bu məqsədə 2020-ci ildə nail olmağın hədəfləndiyini qeyd edib.
Xatırladaq ki, hazırda “SOCAR Ukraine” şirkəti Ukrayna ərazisində ümumilikdə 59 yanacaqdoldurma məntəqəsinə malikdir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-il-ukraynada-socar-brendi-ile-6-8-udm-in-acilmasi-planlasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR