Komanda yoldaşları futbolçunu həbsdən çıxartdı

Komanda yoldaşları futbolçunu həbsdən çıxartdı
13:17 23 Fevral 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Bosniya və Hersoqovinanın "GOSK Gabela" klubunun futbolçuları duyğusal addım atıb. Fanat.Az xəbər verir ki, futbolçular pul toplayaraq həbsdəki komanda yoldaşlarını azadlığa çıxardıblar.

Belə ki, komandanın xorvat oyunçusu Miyenko Bosnyak mərc oyunlarına pul qoyduğu üçün həbs olunub və 9 ay azadlıqdan məhrum edilib. Lakin komanda yoldaşları onun üçün zəmanət pulu ödəyərək 21 gün sonra azadlığa çıxarıblar.

Komandanın baş məşqçisi Darko Voyvodiç bu barədə sportsport.ba-ya açıqlama verib: "Bosnyak həbsdən çıxdı və komanda ilə məşqlərə başladı. Onu azadlığa çıxartmaq üçün aramızda 9750 avro topladıq. Bir müddətdi məşq etmir, amma səviyyəli futbolçudu. Mövsümün əvvəlinədək hazır olacaq".

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-komanda-yoldalar-futbolcunu-hbsdn-cxartd-t56471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR