"Bursaspor" millimizin üzvünü əfv etdi

"Bursaspor" millimizin üzvünü əfv etdi
13:57 23 Fevral 2017
133 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Bursaspor" rəhbərliyi ilə baş məşqçi Mustafa Topçu arasında görüş baş tutub. Fanat.Az xəbər verir ki, görüşdə "Kayserispor"la oyundan sonra heyətdən kənarlaşdırılan futbolçularla bağlı müzakirələr aparılıb.


Müzakirələrin nəticəsi olaraq Dəniz Yılmazla Sərcan Yıldırımın əfv edilməsinə və heyətə qaytarılmasına qərar verilib. Hər iki futbolçu bu gün komanda ilə birlikdə məşq edib.


Qeyd edək ki, millimizin üzvü Dəniz Yılmaz "Kayserispor"la oyunda rəqibinə qarşı kobudluq edərək qırmızı vərəqə almış və azarkeşlərin sərt etirazı ilə üzləşmişdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbursasporquot-millimizin-uzvunu-fv-etdi-t56473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR