x
Loading...

Saakaşvili Ukraynada hakim qarşısına çıxarıla bilər

Saakaşvili Ukraynada hakim qarşısına çıxarıla bilər
14:23 23 Fevral 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın hüquq müdafiəçisi Oleq Kurçin Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə bağlı ölkənin Baş prokurorluğuna müraciət edib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Sakaşvili Ukraynanın müstəqilliyinə qəsd etməkdə ittiham olunur.

“Hüquq müdafiəçisi hesab edir ki, Saakaşvili öz açıq çıxışında il yarım qubernatoru olduğu Odessa vilayəti haqqında təhqiredici ifadələr işlədib”, - xəbərdə deyilir.

Nümunə kimi Saakaşvilinin fikri sitat gətirilir:

“Onların hamısı mane olurdular, mən bilirdim ki, hamı mane olacaq. Çünki, bura separatizm regionudur, orada hakimiyyətdə olanların hamısı separatçılardır”.

Hüquq müdafiəçisi qeyd edir ki, Mixail Saakaşvilinin hərəkətləri milli düşmənçiliyin alışmasına gətirib çıxara bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR