Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə telefonla zəng edib

Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə telefonla zəng edib
14:57 23 Fevral 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Gürcüstanın Baş naziri xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması ilə bağlı təbriklərini çatdırıb və əminliyini ifadə edib ki, bu təyinat Gürcüstan-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi işinə öz müsbət təsirini göstərəcək.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Giorgi Kvirikaşvili siyasi, iqtisadi, energetika və digər sahələrdə əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Dövlət başçısı qeyd edib ki, bu gün “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı uğurla keçirilib və Gürcüstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğuna görə Giorgi Kvirikaşviliyə minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili gələcək təmaslar və səfərlər barədə də danışıblar.   

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/gurcustanin-bas-naziri-azerbaycan-prezidentine-telefonla-zeng-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR