""İnter"də işlədiyim 3 ay mənə 1 il kimi gəldi"

""İnter"də işlədiyim 3 ay mənə 1 il kimi gəldi"
15:05 23 Fevral 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in sabiq baş məşqçisi Frank de Bur Milan klubunda keçirdiyi 3 ayı xatırlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis bunları deyib:

"Məşqçi və futbolçu kimi həyatımın 25 ilini verdiyim "Ayaks"ı tərk etmək çətin idi. Bəzən yeni sınağa ehtiyacın olur. "İnter"də o qədər şeylərlə üzləşdim ki, bunlar insanın bütün enerjisini alır. Hər dəfə nəticənin gələcəyini gözlədiyim vaxt nəsə baş verirdi. Ya İkardi müzakirələrə səbəb olan kitab buraxırdı, ya Brozoviç diskotekaya gedirdi və onu cəzalandırmalı olurdum. "İnter"də 3 ay işlədim. Bu 3 ay mənə 1 il kimi gəldi. İntizamı sevirəm. Heyətdə olub-olmamağın fərqi yoxdur. Baş məşqçiyə hörmət etmək lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR