Ukrayna parlamentinin deputatı oğurlanıb

Ukrayna parlamentinin deputatı oğurlanıb
16:42 23 Fevral 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Ukrayna parlamentinin deputatı, prezident Pyotr Poroşenkonu dəstəkləyən “Pyotr Poroşenko bloku” fraksiyasının üzvü Aleksey Qonçarenko naməlum şəxslər tərəfindən oğurlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan məlumatı təsdiqləyib.
Deputatın oğurlanması xəbərini Ukrayna Təhlükəsizlik Xidməti də təsdiq edib.
Fraksiyanın üzvü Aleksandr Brinqinets bildirib ki, Qonçarenko fevralın 22-də Odessaya təcili görüşə gedib: “O, indiyədək telefon zənglərinə cavab vermir. Prokurorluq onun oğurlandığını ehtimalının çox olduğunu bildirir. Bunun siyasi cinayət olmasına əminəm”.
Məlumata görə, A.Qonçarenko Odessa şəhərinin keçmiş meri Aleksey Kostuseyevin oğludur. O, əvvəllər Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Regionların Partiyasının üzvü olub. Həmin dövrdə Odessa Vilayət Şurasına başçılıq edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ukrayna-parlamentinin-deputati-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR