"Cənub Qaz Dəhlizi" layihəsinin dəyəri 40 mlrd. dolları keçib

"Cənub Qaz Dəhlizi" layihəsinin dəyəri 40 mlrd. dolları keçib
16:57 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi" layihəsinin ümumi dəyəri 40 mlrd. ABŞ dollarını keçib. "Report" xəbər verir ki, bunu bu gün Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
N.Əliyevin sözlərinə görə, layihənin maliyyələşdirilməsində problem olmayacaq: "Bu toplantıda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya (EIB), Asiya İnkişaf Bankı (AIB) və başqa maliyyə institutlarının nümayəndələri iştirak edib və onlar da bu layihəyə davamlı dəstək göstərəcəklərinin bildiriblər".
"Cənub Qaz Dəhlizi” layihəsini genişləndirmək fikrimiz var. Buna görə də məhz bu gün burada İon Boru Kəməri (IAP) ölkələrinin nümayəndələri də iştirak edirdilər", - deyə nazir əlavə edib.
***
N.Əliyev qeyd edib ki, bugünkü toplantıda layihənin məliyyəşməsi ilə də bağlı müzakirələr aparılıb: "Maliyyə qurumları layihəni dəstəkləyir və lazımi kömək göstərməyə hazırdır. Balkan ölkələri də bu layihəyə maraq göstərir. 2018-ci ildə qaz Türkiyəyə, 2020-ci ilin əvvəlində isə İtaliyaya çatdırılacaq. IGB, IAP layihələri də müzakirə olunub".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/cenub-qaz-dehlizi-layihesinin-deyeri-40-mlrd-dollari-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR