x
Loading...

Çexiyada içərisi partlayıcı ilə dolu çən partlayıb, 12 nəfər xəsarət alıb

Çexiyada içərisi partlayıcı ilə dolu çən partlayıb, 12 nəfər xəsarət alıb
17:52 23 Fevral 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Çexiyanın şimal-şərqində yerləşən Şimali Moraviya əyalətindəki Poliçka şəhərində Maşınqayırma Zavodunda partlayış baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb.
Polisdən verilən məlumata görə, içərisi partlayıcı dolu ilə çən partlayıb, 12 yaralıdan 3-nün vəziyyəti ağırdır. Bildirilib ki, müəssisənin ərazisində yanğın olub və alovun qarşısını almaq üçün 12 yanğınsöndürmə briqadası cəlb edilib.
Polis məmuru Qan Kayzerovun verdiyi məlumata görə, hələlik yanğını tam söndürmək olmayıb, zavodun sexlərində maye təbii qaz və digər partlayıcı maddələr olduğundan ara-sıra partlayış səsləri gəlir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cexiyada-icerisi-partlayici-dolu-cen-partlayib-12-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR