x
Loading...

"Qəbələ"nin futbolçusu əməliyyat olunub

"Qəbələ"nin futbolçusu əməliyyat olunub
18:12 23 Fevral 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ "Qəbələ" klubunun futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbuldakı "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub. 
Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir. 
Qeyd edək ki, Elvin Camalov Azərbaycan Premyer Liqasında XVIII turun “Zirə” ilə fevralın 12-də keçirilən səfər oyununda (2:2) zədələnib. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanıb və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-futbolcusu-emeliyyat-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR