Dərman və dəm qazından zəhərlənənlərin SAYI AÇIQLANDI

Dərman və dəm qazından zəhərlənənlərin SAYI AÇIQLANDI
18:17 23 Fevral 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il 800 nəfər dərman, 500 nəfər dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ambulator qaydada 3000-dən çox xəstə müraciət edib.

2016-cı il ərzində Toksikologiyanın stasionar şöbəsinə 2200 xəstə qəbul olunub. Bunlardan 800 nəfər dərman, 500 nəfər dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə ilə əlaqədar olaraq kəskin ağır, ağır və orta ağır dərəcədə şöbəyə daxil olub. 90 xəstə ilan sancması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib.

Allergik reaksiyalarla daxil olmada ötən illərlə müqayisədə 2,5-3 dəfə azalma müşayiət olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR