Azərbaycan Prezidenti estoniyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti estoniyalı həmkarını təbrik edib
18:22 23 Fevral 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayda təbrik məktubu ünvanlayıb. 
"Report"un məlumatına görə, təbrikdə deyilir:  
"Hörmətli xanım Prezident,
Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-estoniyali-hemkarini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR