Güclü külək Ucarda yanğınlara səbəb oldu

Güclü külək Ucarda yanğınlara səbəb oldu
18:52 23 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü külək Ucar rayonunda yanğınlara səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu gün rayonun bir neçə yaşayış məntəqəsində 7  yanğın hadisəsi qeydə alınıb. Yanğın zamanı 1 transformator, 1 tövlə və müxtəlif ərazilərdə kol-kos yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində bütün yanğın hadisələrinin qarşısı alınıb və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/520617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR