Lənkəranda və Balakəndə sahibkarlar üçün treninqlər keçirilib

Lənkəranda və Balakəndə sahibkarlar üçün treninqlər keçirilib
19:27 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda, Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Balakəndə fəaliyyət göstərən istehsal müəssisələrində sahibkarlar üçün treninqlər keçirilib.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, "Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İstehsal sahələrinin idarə edilməsi”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” mövzularını əhatə edən treninlərqdə istehsal sahələrində biznesin təşkili və səmərəli idarə edilməsi, brendləşmə, “Made in Azerbaijan” brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. 
Bununla yanaşı, tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.
Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/lenkeranda-ve-balakende-sahibkarlar-ucun-treninqler-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR