x
Loading...

Sevgilisinə pul buketi bağışladı - FOTO

Sevgilisinə pul buketi bağışladı - FOTO
20:22 23 Fevral 2017
220 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çində gənc oğlan sevdiyi qıza qeyri-adi hədiyyə verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Çançunq şəhərində yaşayan gənc sevgilisinə 10 min yuan (təxminən 2500 AZN) pul əskinaslarından bağlanmış bir buket bağışlayıb.
 
Oğlan bildirib ki, gül alsaydı, o, iki günə solacaqdı. Amma verilən pulları sevgilisi uzunmüddət xərcləyə və istədiklərini ala bilər.

Hadisə bir ay öncə baş versə də, buketin fotoları bu günlərdə mediaya çıxıb. Şəkli bəzi insalar müsbət qarşılasalar da, bəziləri oğlanın bu addımını tənqid ediblər. Onlar bu hərəkətin qətiyyən romantik olmadığını vurğulayıblar.

Qeyd edək ki, bənzər hadisə ötən ildə Çində olub. O zaman bir gənc 5 min yuan (təxminən 1300AZN)olmaqla gül buketi hazırladıb və sevdiyi qıza təqdim edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR