Tanınmış yazarın yaxın qohumu bıçaqlandı

Tanınmış yazarın yaxın qohumu bıçaqlandı
09:52 7 Yanvar 2015
187 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış xanım yazarın yaxın qohumu cinayətkar hücumuna məruz qalıb. Hadisə ötən gecə o, işdən evə qayıdarkən baş verib. Milli.Az xəbər verir ki, yazar Vüsalə Məmmədova facebook profilində xalası qızının bıçaqlanması haqda status yazıb:

“Xalam qızı axşam işdən qayıdanda metrodan biri arxasınca düşüb və axırda blokun qarşısında oğru olduğu məlum olub. Qısası, 3 bıçaq zərbəsi, qız xəstəxanada, gədəni də polis axtarır. Xəbəri eşidəndən gözümə tor gəlib. Daha çox maşın haqda düşünməyə başlamışam. Bu şəhərin qaranlığı qorxuludur”.

Yaralı xanımın xəsarətləri ağır deyil. Böyük ehtimalla cinayətkar peşəkar olub və məqsədi qızı qorxutmaq olub. Təfərrüatları öyrənməyə çalışırıq. Onu da əlavə edək ki, V.Məmmədova hazırda Dövlət İqtisad Universitetinin mətbuat katibidir.

Gülər
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/317648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR