Gün ərzində 800 qram meyvə və tərəvəz yemək insan ömrünü uzada bilər

Gün ərzində 800 qram meyvə və tərəvəz yemək insan ömrünü uzada bilər
20:47 23 Fevral 2017
300 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Gün ərzində 800 qram meyvə və tərəvəz yemək insan ömrünü uzada bilər. 
“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu fikri alimlər apardıqları araşdırmalardan sonra irəli sürüblər.
Tədqiqatçılar bu araşdırma üçün 22 milyon insanın yemək vərdişlərini analiz ediblər. 
Araşdırma zamanı meyvə və tərəvəzin çox qəbul edilməsinin bəzi xəstəliklərin yaranması və inkişaf etməsi riskinin azalmasına səbəb olduğu məlum olub. Hətta alimlərin fikrincə, bu, ildə 7,8 milyon vaxtsız ölüm hallarının qarşısını ala bilər. Belə ki, gündə 200 qram tərəvəz və meyvə yemək ürək-damar xəstəliklərindən ölmək riskini 13%, xərçəngin inkişafı riskini 4%, vaxtsız ölüm riskini 15% azaltmış olur. 800 qram tərəvəz və meyvə qəbulu isə ürək-damar xəstəliklərindən ölmək riskini 28%, xərçəngin inkişafı riskini 13%, vaxtsız ölüm riskini isə 31% azaldır.
Xərçəng xəstəliyinə qarşı yaşıl və sarı tərəvəzlər istifadə edilməsi məqsədəuyğundur. Yaxud ürək-damar xəstəliklərinin inkişafı riskini alma, armud, sitrus meyvələri azaldır.
Bundan başqa, meyvə və tərəvəzlər insanlarda xolesterinin miqdarını azaldır, immun sistemini artırır, qan təzyiqini aşağı salmağa kömək edir.
Ümumdünya Səhiyyə Təşkilatı isə gün ərzində (təqribən 400 qram) beş porsiya tərəvəz və meyvə yemək məsləhət görür.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/gun-erzinde-800-qram-meyve-ve-terevez-yemek-insan-omrunu-uzada-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR