Ohanyan:“Heç nədən qorxmuram"

Ohanyan:“Heç nədən qorxmuram"
20:47 23 Fevral 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

"Heç nədən qorxmuram və hesab edirəm ki, mənim vəzifədə olarkən pozuntulara yol verməm barədə xəbərlər fərziyyədir".

Bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, ona qarşı cinayət işi açılmasının mümkünlüyü ilə bağlı AzadlıqRadiosu Ermənistan xidmətinin sualını cavablandırarkən deyib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Ohanyanın adı ifşa olunmuş silahlı qurupla da əlaqələndirilə bilər.

Amma keçmiş nazir deyir ki, nə vaxtsa hansısa problem olubsa, bunu onda qaldırardılar, indi yox.

Qeyd edək ki, aprelin 2-də keçiriləcək parlament seçkisinə birlikdə gedən "Ohanyan-Raffi-Oskanyan" blokunun seçki siyahısına keçmiş müdafiə naziri başçılıq edir.

Seyran Ohanyan, Vardan Oskanian və Faffi Hovhannisian

Hədəfin məhz nəyə görə Ohanyan olduğuna gəldikdə keçmiş nazir deyib ki, onların bloku nəzarət altında olmayan, sərbəst, ideya və xalqın maraqları əsasında hərəkət edən yeganə qüvvədir və fəaliyyətlərini sonadək davam etdirəcəklər.

Xatırladaq ki, keçmiş müdafiə naziri Seyran Ohanyan

2016-cı il aprelin 2-5-i arası Dağlıq Qarabağdakı cəbhə xəttində gedən döyüşlərdən az sonra vəzifədən kənarlaşdırılıb.

Ohanyan bundan sonra siyasi fəaliyyətə başlamaq və qarşıdan gələn parlament seçkisində mübarizə aparmaq qərarına gəldi.

İndi o, seçkiyə keçmiş xarici işlər nazirləri Vardan Oskanyan və Raffi Hovannisianla bir blokda gedir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR