x
Loading...

Hər bir pislikdən nicat yolu

Hər bir pislikdən nicat yolu
20:52 23 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Cavad (ə) buyurur: "Üç şey vardır ki, hər kim ona riayət edər, peşman olmaz:

1. Tələsməkdən çəkinmək,
2. Məsləhətləşmək.
3. Qərar verən zaman Allaha təvəkkül etmək".
Bəli, Allaha təvəkkül etmək ən böyük fəzilətli sifətlərdəndir. İmam Əli (ə) buyurur: "Allaha təvəkkül etmək - hər bir pislikdən nicat mənbəyi və hər bir düşmənçilikdən qorunmaqdır".
İmam Əli (ə) başqa yerdə buyurur: "Hər kim Allaha təvəkkül edər, çətinliklər onun üçün asan olar". (Erfan)
Allaha təvəkkül etmək möminə qəlb əminliyi verər və başa düşər ki, bu dünyada baş verən hər bir hadisə Allah tərəfindəndir. Ancaq Onun qüdrəti məğlubedilməzdir.
İmam Rzadan (ə) soruşurlar ki, təvəkkülün həddi nədir? Həzrət (ə) buyurur: "Odur ki, Allahın varlığına inanaraq, heç bir şeydən qorxmayasan".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran ayələrinə və hədislərə nəzər salaraq, bu nəticəyə gəlmək olur ki, təvəkkül etməyin insan həyatına təsirləri çoxdur. O zaman ki, Allaha təvəkkül edirik, qərar vermək gücümüz artır və güclü iradə ilə həmin işə başlayırıq. Nə zaman Allaha söykənsək qeyri-adi şəkildə özümüzü güclü və qüvvətli hiss edərik, sanki bu dünyada heç bir şeydən qorxmuruq.
Ona görə də həyatımızın çətin anlarında Allaha təvəkkül edək, həyatda heç bir zaman ümidsiz olmayaq.
Həzrət Peyğəmbər (s) buyurur: "Cəbrayildən (ə) soruşdum ki, təvəkkül nədir?". Dedi: "Bu həqiqətdən agahlıqdır ki, məxluq nə ziyan verər və nə də əta edər. Odur ki, gözünü insanların əlində olandan çəkəsən. O zaman ki, bəndə belə olar, Allahdan savayı heç kəs üçün iş görməz. Ondan başqasına ümid bəsləməz. Bunların hamısı təvəkkülün həqiqət və sərhədləridir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR