Kəbin kəsildikdən sonar kəbin kağızı kimdə qalmalıdır?

Kəbin kəsildikdən sonar kəbin kağızı kimdə qalmalıdır?
20:57 23 Fevral 2017
321 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəbin kağızı tərəflər arasında dini cəhətdən qanuni sayılan nikah əqdinin - kəbinin oxunduğunu təsdiq edən sənəddir. Əslində şəriətin vacib saydığı şərt kəbini şifahi şəkildə oxumaqdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər kəbinin sözləri bütün şərtləri ilə birlikdə düzgün oxunursa, artıq tərəflər ər-arvad sayılırlar. Amma bundan əlavə, adət-ənənəyə görə kəbin kağızı da yazılır. Kəbin kağızı daha çox hüquqi mahiyyət daşıyan formal sənəddir. Kəbin kağızı ona görə yazılır ki, əvvəla, ətrafdakı insanlar kəbini şübhə altına salmasınlar. İkincisi, əgər boşanma baş verərsə, kəbin kağızı qadının hüququnu qorumaq üçün ən vacib sənəddir. Belə ki, qadın kəbin kağızına istinad etməklə təyin olunuş mehriyyəni (kəbin pulunu) kişidən tələb edə bilər.

Kəbin kağızının kimdə qalması ciddi prinsipial əhəmiyyət daşımır. Lakin yuxarıda yazılanları nəzərə alaraq, ənənəyə görə kəbin kağızını nikaha daxil olan qız və ya onun qohumları özündə saxlayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR