Özbəkistanda kimya zavodunda partlayış baş verib: ölənlər var

Özbəkistanda kimya zavodunda partlayış baş verib: ölənlər var
21:27 23 Fevral 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Özbəkistanda kimya zavodunda partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" bu ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə ölkənin şərqində, Fərqanə vilayətindəki "Feranaazot" Səhmdar Cəmiyyətinin ammiak sexində də baş verib. Hadisə nəticəsində bir neçə nəfər ölüb. Nazirlik hələlik ölənlərin sayını açıqlamır.
Hadisənin başvermə səbəblərini müəyyənləşdirmək, habelə zərərçəkənlərin ailələrinə yardım məqsədilə hökumət komissiyası yaradılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ozbekistanda-kimya-zavodunda-partlayis-bas-verib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR