Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab matçları oynanılacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki,ötən gün baş tutan 3 qarşılaşmadan sonra bu gün daha 13 görüş keçiriləcək.
"Roma", "Beşiktaş", "Lion" və "Rostov"u da artıq 1/8 finalda hesab etmək olar. Adıçəkilən komandalar bir möcüzə baş verməsə, yollarına davam edəcəklər. Həmçinin, səfərdə minimalhesablı qələbəyə sevinən "Kopenhagen", "Fiorentina" və "Şaxtyor" da cavab oyunları öncəsi çox şanslıdılar.
Yunanıstandan qolsuz bərabərliklə dönən "Osmanlıspor" "Olimpiakos"u Ankarada məğlub etməyə çalışacaq.
İlk oyunda səfərdə məğlub olan "Tottenhem"in doğma azarkeşlər önündə "Gent"lə mübarizəsi də maraqla gözlənilir.
Avropa Liqası
1/16 final mərhləsi, cavab oyunları
23 fevral
"Osmanlıspor" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) - 0:2
Qollar: Ansarifard, 49, Elyunusi, 70
İlk oyun - 0:0
22:00. "Ayaks" (Hollandiya) - "Legiya" (Polşa)
İlk oyun - 0:0
22:00. APOEL (Kipr) - "Atletik" (İspaniya)
İlk oyun - 2:3
22:00. "Roma" (İtaliya) - "Vilyarreal" (İspaniya)
İlk oyun - 4:0
22:00. "Beşiktaş" (Türkiyə) - "Hapoel" (Beer-Şeva, İsrail)
İlk oyun - 3:1
22:00. "Zenit" (Rusiya) - "Anderlext" (Belçika)
İlk oyun - 0:2
00:05. "Kopenhagen" (Danimarka) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun - 2:1
00:05. "Fiorentina" (İtaliya) - "Borussiya" (Mönhenqladbax, Almaniya)
İlk oyun - 1:0
00:05. "Genk" (Belçika) - "Astra" (Rumıniya)
İlk oyun - 2:2
00:05. "Lion" (Fransa) - "Alkmaar" (Hollandiya)
İlk oyun - 4:1
00:05. "Şaxtyor" (Ukrayna) - "Selta" (İspaniya)
İlk oyun - 1:0
00:05. "Sparta" (Çexiya) - "Rostov" (Rusiya)
İlk oyun - 0:4
00:05. "Tottenhem" (İngiltərə) - "Gent" (Belçika)
İlk oyun - 0:1
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində