Çətinliyə düşəndə mollanın yanına gedib dua yazdırmaq olarmı?

Çətinliyə düşəndə mollanın yanına gedib dua yazdırmaq olarmı?
22:27 23 Fevral 2017
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Çətinliyə düşəndə mollanın yanına getmək yox, əl açıb Uca Allaha yalvarmaq lazımdır. Uca Allah buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın dua-sını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər". (əl-Bəqərə, 186).
Milli.Az zikr.az-a istinadən bildirir ki, İslamda dua yazdırmaq, duanı yazdırıb üstündə gəzdirmək və s. buna bənzər şeylər yoxdur. Dinimizdə bu əməlin heç bir əsası yoxdur və bu əməl "bidət" (dinə gətirilən yenilik) hesab olunur və günahdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) səhabələrinə (Allah onlardan razı olsun) Quran ayələrini, zikr və duaları öyrətmiş, lakin onları yazıb üzərində gəzdirməyi buyurmamışdır. Həmçinin duanın qəbul olunmasında səbirli olmaq gərəkdir:
"Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir". (əl-Bəqərə, 45).
"Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153).
"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!" (əl-Bəqərə, 155).
"Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz". (Ali İmran, 186).
Bu xüsusda peyğəmbər belə buyurmuşdur: "İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar". (əl-Buxari).
"Nə qəribədir möminin halı! Bütün hər şeydə onun üçün xeyir var və bu yalnız möminə verilmiş bir nemətdir: Əgər bir şey onu sevindirirsə, o, Allaha həmd edir və həmin şey onun üçün xeyirə çevrilir, əgər ki, ona kədər üz verirsə, o səbr edir və bu da onun üçün xeyirə çevrilir". (Muslim, 2999).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR