“Bakı Metropoliteni” sərnişinlərdən üzr istəyir

“Bakı Metropoliteni” sərnişinlərdən üzr istəyir
09:54 7 Yanvar 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

“Nizami” stansiyasında eskalator təmirə dayandırılır

 

Bakı Metropoliteninin “Nizami” stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır. Metropolitendən Lent.az-a verilən məlumata görə, bununla bağlı bütün hazırlıqlar görülüb: “Yanvarın 8-dən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək. Fevralın 7-dək eskalatorun yenidən istifadəyə verməsi planlaşdırılır”.

 

Məlumatda bildirilir ki, 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.

 

“Bakı Metropoliteni” QSC yaranacaq narahatçılığa görə sərnişinlərdən üzr istəyir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR