Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-da baş vermiş atışmada hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib.
Məlumatda bildirilir ki, hadisə Vaşinqtonun şimal-şərqində qeydə alınıb. "Fox-5" yerli telekanalı bir şübhəli şəxsin güllələnməsi haqda xəbər yayıb.
Telekanal həmçinin ölkənin cənub-şərqində də daha 3 atışmanın baş verdiyini bildirib. Məlumata görə, həmin atışmalar nəticəsində azı 4 nəfər yaralanıb. Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Hadisənin təfərrüatı ilə bağlı ətraflı məlumat verilmir.