"Rəqiblər bizə start fitindən əvvəl uduzur"

"Rəqiblər bizə start fitindən əvvəl uduzur"
09:05 24 Fevral 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

"Chelsea"nin yarımmüdafiəçisi Eden Hazar evdə keçirdikləri oyunlarda psixoloji üstünlüyə malik olduqlarını qeyd edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı havbek bunları deyib:

"Rəqiblərin "Stamford Bridge"də qələbə qazanması çox çətindir. Elə hiss yaranır ki, onlar start fitindən əvvəl bizə uduzur. Ötən mövsümə nisbətən çox yaxşı oynayırıq. İki il əvvəlki kimi oynayırıq. Çempion olduğumuz mövsümün ikinci yarısını xatırlayıram. Biz hər oyunda minimum 1 qol vururduq, Kurtua isə 1 əla seyvlə yadda qalırdı".

"Zadəganlar" evdə keçirdiyi son 9 oyunda qalib gəlib. Komanda sonuncu dəfə 2016-cı il sentyabrın 16-da "Liverpool"a uduzmuşdu - 1:2.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR