x
Loading...

Azərbaycanla Serbiya qarşılaşacaq

Azərbaycanla Serbiya qarşılaşacaq
11:07 24 Fevral 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Serbiyanın aşağı yaş qruplarından ibarət milli komandaları arasında yoxlama oyunları keçriləcək. Fanat.Az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovla Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza arasında razılıq əldə olunub.


Bu barədə Serbiya mətbuatı məlumat yayıb. Elxan Məmmədovla Slavişa Kokeza arasında görüş olub. UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan Exan Məmmədov Slavişa Kokeza ilə iki ölkənin futbol federasiyası arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinə seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinki şəhərində keçiriləcək. Kokeza görüş zamanı Elxan Məmmədovu dəstəklədiyini bildirib. Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan 13 nəfərdən biridir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanla-serbiya-qarlaacaq-t56499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR