x
Loading...

Dünya üçün TƏHLÜKƏ: Antarktida yarıldı - FOTO - VİDEO

Dünya üçün TƏHLÜKƏ: Antarktida yarıldı - FOTO - VİDEO
11:09 24 Fevral 2017
155 Digər
Ölkə mətbuatı
A- A+

 

Cənub yarımkürəsindəki Antarktida qitəsində ən böyük buz sahəsi qlobal istiləşmənin təsiri nəticəsində çatlayıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ilk dəfə 2014-ci ildə təsbit edilən çatlağı İngilis tədqiqatçılarından ibarət qrup ilk dəfə havadan baxdıqları zaman müəyyən ediblər.

 

Kilometrlərlə uzanan və getdikcə genişlənən çatlaq həddən çox qlobal istiləşmə baş verdiyini ortaya çıxarıb. Əvvəlcə dar bir yarıq halında olan çatlaq zaman keçdikcə genişlənib. Ümumi uzunluğu 80 kilometrdən çox olan yarılmanın eni isə 90 metrə qədərdir. Alimlərin fikrincə, qlobal istiləşmənin təsiri ilə çatlaq böyüməyə davam edəcək və yeni bir buz dağı meydana gətirəcək.

 

Bu dəyişikliklər Antarktida qitəsinin görünüşünün yaxın zamanda böyük ölçüdə dəyişəcəyini göstərir. Qitənin hazırkı vəziyyətini əks etdirən foto və videonu təqdim edirik. 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR