x
Loading...

AZAL-ın reyslərində Xocalı soyqırımına dair videoçarx

AZAL-ın reyslərində Xocalı soyqırımına dair videoçarx
11:33 24 Fevral 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan Hava Yolları”-na məxsus aviareyslərdə bu qanlı qırğına həsr olunan videoçarx nümayiş etdiriləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aksiya Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə layihəsi əsasında həyata keçiriləcək.

Videoçarx ingilis dilində “Azərbaycan Hava Yolları”na məxsus “overhead” tipli monitorlarla (başüstü monitorlar oturacaqların üzərində yerləşir) təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək.

Aksiyanın məqsədi AZAL-a məxsus təyyarələrdən istifadə edən əcnəbi vətəndaşları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdır.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Azərbaycanın 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/189119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR